Surə 41 · Cüz 25

Fussilat · 41:52

قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ ثُمَّ كَفَرْتُمْ بِهِ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِي شِقَاقٍ بَعِيدٍ

52. De: “Bir deyin görək, əgər Quran Allah tərəfin­dən­dirsə, son­ra da siz onu inkar edir­si­nizsə, bunu necə başa düşmək olar?! Elə isə, haqdan uzaq bir ay­rılıq için­də olan kəsdən daha çox azmış kim ola bilər?

Təfsir

Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Bir deyin görək, əgər bu Quran Allah tərəfin­dən­dirsə, son­ra da, siz onu inkar edir və onu yalan sayırsınızsa, belə olduğu təqdirdə sizin halınız necə olacaq?! Haqq açıq-aydın, dəlil-sübutla əsaslandırıldığı və tutarlı ola-ola inad edib onu qəbul etməyən kəsdən daha çox azmış kim ola bilər?!

Oxuyucuda aç - Surəni tam oxu