Surə 41 · Cüz 25
Fussilat · 41:53
سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
53. Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?
Təfsir
Biz öz dəlillərimizi Qureyş kafirlərinə həm yer üzündə - (məsələn,) müsəlmanlara fəthlər bəxş etməklə, həm də onların özlərində - yəni Məkkəni fəth etməklə mütləq göstərəcəyik ki, axırda Quranın haqq olduğu və içində heç bir şübhə olmadığı üzə çıxıb onların şəkkini aradan qaldırsın. Məgər o müşriklərə Quranın haqq olduğuna və Allah tərəfindən nazil edilməsinə dair Allahın şahidliyi kifayət deyilmi?! Əgər onlar haqqı istəsəydilər, Rəbbinin şahidliyi ilə kifayətlənərdilər.