Surə 41 · Cüz 25
Fussilat · 41:54
أَلَا إِنَّهُمْ فِي مِرْيَةٍ مِنْ لِقَاءِ رَبِّهِمْ ۗ أَلَا إِنَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطٌ
54. Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir.
Təfsir
Doğrudan da, o müşriklər dirilməni inkar etdiklərinə görə, qiyamət günü özlərinin Rəbbi ilə qarşılaşacaqlarına şəkk edirlər. Onlar axirətə inanmırlar və elə buna görə də, yaxşı işlər görməklə o gün üçün hazırlıq görmürlər. Həqiqətən, Allah elm və qüdrət ilə hər şeyi əhatə edəndir.