Surə 41 · Cüz 24
Fussilat · 41:21
وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا ۖ قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ
21. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”.
Təfsir
Kafirlər öz dərilərinə: “Nə üçün dünyada etdiyimiz əməllər barədə əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri də öz sahiblərinə belə cavab verəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə, hələ dünyada ikən O yaratmışdır. Axirətdə də siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız.”