Surə 41 · Cüz 24
Fussilat · 41:22
وَمَا كُنْتُمْ تَسْتَتِرُونَ أَنْ يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَٰكِنْ ظَنَنْتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِمَّا تَعْمَلُونَ
22. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirdiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir.
Təfsir
Siz günah işlər gördüyünüz zaman qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Çünki siz ölümdən sonra haqq-hessaba çəkilməyə, cəzalandırılmağa və mükafatlandırılmağa inanmırdınız. Əksinə, elə zənn edirdiniz ki, pak və müqəddəs Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir, bu əməllər Ondan gizli qalır. Elə bu səbəbdən də, aldandınız.