Surə 41 · Cüz 24
Fussilat · 41:23
وَذَٰلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنْتُمْ بِرَبِّكُمْ أَرْدَاكُمْ فَأَصْبَحْتُمْ مِنَ الْخَاسِرِينَ
23. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.
Təfsir
Sizin öz Rəbbiniz barədə olan pis zənniniz sizi həlak etdi və bu səbəbdən də, siz dünyada da, axirətdə də, ziyana uğrayan kimsələrdən oldunuz.