Surə 41 · Cüz 24
Fussilat · 41:20
حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
20. Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
Təfsir
Nəhayət, onlar sürüklənərək gətirildikləri Cəhənnəmə yetişdikdə və dünyada ikən etdikləri əməlləri inkar etdikdə, qulaqları, gözləri və dəriləri onların dünyada etdikləri küfr və asiliklər barəsində onların əleyhinə şahidlik edəcəkdir.