Surə 41 · Cüz 24

Fussilat · 41:33

وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ

33. İnsanları Allaha tərəf ça­ğıran, yaxşı iş görən və: “Hə­qiqətən, mən mü­səl­manlarda­nam!”– deyən kəsdən daha gö­zəl söz deyən kim ola bilər?

Təfsir

İnsanları Allahın vəhdaniyyətinə və Onun şəriətinə əməl etməyə ça­ğıran, Rəbbinin razı salacaq yaxşı iş görən və: “Mən Allaha təslim olanlarda­n, Onun əmrinə boyun əyənlərdənəm!” – deyən kəsdən daha gö­zəl söz söyləyən bir kimsə yoxdur. Bütün bunları edən kimsə - məhz beləsi insanlar arasında ən gözəl söz söyləyən kimsədir.

Oxuyucuda aç - Surəni tam oxu