Surə 41 · Cüz 24

Fussilat · 41:34

وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ۚ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ

34. Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman sə­nin­lə ədavət aparan kimsə sanki ya­xın bir dost olar.

Təfsir

Savab qazandıran əməllər və Allahı razı salan ibadətlərlə Allahı qəzəbə gətirəcək pisliklər və asiliklər eyni ola bilməz. İnsanlardan sənə pislik etmiş kimsənin pisliyini yaxşı əməllə dəf et! Onun pisliyini yaxşılıqla dəf etdiyin zaman sə­nin­lə aranda düşmənçilik olmuş kimsə sanki ya­xın bir dost olar.

Oxuyucuda aç - Surəni tam oxu