Surə 41 · Cüz 24
Fussilat · 41:10
وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِنْ فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ
10. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi.
Təfsir
O, yer silkələnməsin deyə onun üstündə möhkəm duran dağlar yerləşdirdi, ora bərəkət verdi, oranı sakinləri üçün bərəkətli bir yer etdi və ruzi istəyənlər üçün orada insanların və heyvanların ruzisini, əvvəlki iki gün (bazar və bazar ertsəi) də daxil olmaqla, dörd gündə - ikinci və üçüçncü günlər müəyyən etdi.