Surə 41 · Cüz 24
Fussilat · 41:9
۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَنْدَادًا ۚ ذَٰلِكَ رَبُّ الْعَالَمِينَ
9. De: “Doğrudanmı siz yeri iki gündə yaradana küfr edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir.
Təfsir
Ey Peyğəmbər, müşriklərə məzəmmət edərək belə de: “Siz nə üçün yeri iki gündə - bazar günü və bazar ertəsi yaradan Allaha küfr edir və Ona şəriklər qoşub onlara ibadət edirsiniz?! O ki, bütün məxluqatın Rəbbidir.