Surə 41 · Cüz 24
Fussilat · 41:37
وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ۚ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ
37. Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.
Təfsir
Bir-birini əvəz edən gecə və gündüz, habelə, günəş və ay Allahın əzəmətinə və tək İlah olduğuna dəlalət edən dəlillərindəndir. Ey insanlar, əgər siz Allaha haqqı ilə ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan tək Allaha səcdə edin.