Surə 41 · Cüz 24
Fussilat · 41:36
وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
36. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.
Təfsir
Şeytan sənə pis iş görmək üçün nə vaxt vəsvəsə versə, Allaha üz tut və Ona sığın. Həqiqətən də, O, sənin dediklərini eşidir, və sənin halını bilir.