Surə 41 · Cüz 24
Fussilat · 41:25
۞ وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ فَزَيَّنُوا لَهُمْ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ
25. Biz onlara fasiq dostlar qoşduq və bu dostlar onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.
Təfsir
Biz o kafirlərə şeytanlardan, daim onların yanında olacaq dostlar hazırladıq və bu dostlar onlara həm dünyadakı pis əməllərini gözəl göstərdilər, həm də, axirəti yada salmağı və o gün üçün əməl etməyi onlara unutdurdular. Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlərə əzab vacib olduğu kimi, onlara da vacib oldu. Həqiqətən də, onlar özlərini və ailələrini Cəhənnəm oduna düçar etməklə ziyana uğradılar.