Surə 41 · Cüz 24

Fussilat · 41:26

وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَٰذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ

26. Kafirlər: “Bu Qurana qu­laq as­ma­yın, o oxunarkən hay-küy sa­lın. Bəlkə, qa­lib gələsi­niz”– dedilər.

Təfsir

Kafirlər dəlilə qarşı dəlil gətirməkdən aciz qaldıqdıqda, bir-birilərinə tövsiyə edib dedilər: “Muhəmmədin sizə oxuduğu bu Qurana qu­laq as­ma­yın və içindəkilərə inanmayın, o, onu oxuyarkən hay-küy sa­lın, səsinizi qaldırın ki, bəlkə, bunun sayəsində ona qa­lib gələsi­niz, o da, onu oxumaqdan və ona dəvət etməkdən vaz keçsin, beləliklə də, siz dinclik tapasınız”.

Oxuyucuda aç - Surəni tam oxu

Fussilat 41:26 · Tlawati