Surə 41 · Cüz 25
Fussilat · 41:47
۞ إِلَيْهِ يُرَدُّ عِلْمُ السَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِنْ ثَمَرَاتٍ مِنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنْثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَائِي قَالُوا آذَنَّاكَ مَا مِنَّا مِنْ شَهِيدٍ
47. O Saat (Qiyamət) haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. O gün Allah onları çağırıb: “Şəriklərim haradadır?”– deyəcək. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda heç bir şahid yoxdur!”– deyəcəklər.
Təfsir
Qiyamət saatı haqqında bilgi yalnız Allaha məxsusdur və Onun nə zaman vaqe olacağını yalnız O bilir. Bunu Ondan başqa heç kəs bilmir. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. Bunlardan heç bir şey Ondan gizli qalmaz. Qiyamət günü Allah, Onunla yanaşı bütlərə ibadət edən müşrikləri çağırıb, onları bütlərə ibadət etdiklərinə görə məzəmmət edib deyəcək: “Mənim şərikim olduğunu iddia etdiyiniz şəriklərim haradadır?!” Müşriklər deyəcəklər: “Biz Sənin qarşında etiraf edirik ki, indi heç birimiz Sənin şərikin olduğunu deyə bilməz!”