Surə 41 · Cüz 24

Fussilat · 41:15

فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ

15. Ad xalqına gəlincə, on­lar yer üzün­də haqsızcasına tə­kəb­bür gös­tərib: “Bizdən daha qüv­vətli kim ola bilər?”– dedi­lər. Məgər on­ları yaradan Alla­hın onlardan daha qüvvətli ol­du­ğunu gör­mür­dü­lər­mi? Onlar ayələrimizi, sadə­cə, inkar edir­dilər.

Təfsir

Hud peyğəmbərin qövmü Ada gəlincə, onlar Allaha küfr etməklə yanaşı yer üzündə haqsızcasına təkəbbür göstərib özlərinin ətrafındakılara zülm etdilər və öz qüvvələrinə aldanıb dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Onların iddiasına görə onlardan güvvətlisi yox idi. Allah onlara cavab verərək belə buyurdu: "Məgər onlar bilmirdilər və görmürdülər ki, onları yaradan və onlara bu qədər güvvət verən Allah onlardan daha qüvvətlidir?! Onlar Hudun (aleyhissəlam) gətirdiyi ayələri - Allahın ayələrini inkar edirdilər.

Oxuyucuda aç - Surəni tam oxu

Fussilat 41:15 · Tlawati