Surə 41 · Cüz 24

Fussilat · 41:16

فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَحِسَاتٍ لِنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنْصَرُونَ

16. Biz onlara dünya həya­tında rüs­vay­çılıq əzabını dad­dırmaq üçün uğur­suz gün­lər­də üstlərinə çox soyuq bir kü­lək göndərdik. Axi­rət əzabı isə daha rüs­vay­edicidir. Onlara kö­mək də edilməz.

Təfsir

Biz onlara dünya həya­tında zəlillik və rüs­vay­çılıq əzabını dad­dırmaq üçün onları əzaba sürükləyən uğur­suz gün­lər­də üstlərinə vıyıltı ilə əsən bir kü­lək göndərdik. Onları gözləyən axi­rət əzabı isə onlar üçün daha zəliledicidir. Onlar özlərini əzabdan qurtaracaq bir köməkçi tapa bilməyəcəklər.

Oxuyucuda aç - Surəni tam oxu