Surə 41 · Cüz 24
Fussilat · 41:14
إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنْزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ
14. Onlara önlərindən və arxalarından: “Yalnız Allaha ibadət edin!”– deyə əmr edən elçilər gəlmişdi. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!”– demişdilər.
Təfsir
Elçilər bir-birinin ardınca onlara eyni dəvəti gətirib onlara yalnız Allaha ibadət etməyi əmr etmişdilər. İçərilərindəki kafirlər isə belə cavab vermişdilər: “Əgər Rəbbimiz bizə mələklərdən elçilər endirmək istəsəydi, endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq. Çünki siz də, bizim kimi bir bəşərsiniz”.