Surə 41 · Cüz 24

Fussilat · 41:13

فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ

13. Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmudu sa­ran il­dı­rıma bən­zər bir ildı­rı­mın sarsıda biləcə­yin­dən xə­bərdar edirəm”.

Təfsir

Ey Peyğəmbər, əgər onlar sənin təbliğ etdiyinə iman gətirməkdən üz döndərsələr, de: “Mən sizi Hudun qövmü Ad və Salehin qövmü Səmud tayfalarına, öz peyğəmbərlərini yalançı saydıqları zaman, üz vermiş əzab kimi bir əzabla qorxuduram”.

Oxuyucuda aç - Surəni tam oxu