Surə 41 · Cüz 24

Fussilat · 41:12

فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

12. O, iki gündə onları yed­di göy kimi yaratdı və hər gö­yə onun özünə məx­sus vəzifə tap­şırdı. Biz dünya sə­masını qən­dillərlə bə­zə­dik və onu mühafi­zə­­mizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzə­li hökmü­dür.

Təfsir

Allah göylərin yaradılışını iki gündə - cümə axşamı və cümə günü tamamladı. Bununla da, göylərin və yerin yaradılışı altı gündə tamamlandı. Sonra Allah hər bir gö­yə nə həvalə etdiyini, üstəlik, itaət və ibadət aid olan buyuruqlarını ona vəhy edib bildirdi. Biz dünya sə­masını ulduzlarla bə­zə­dik və onu şeytanların xəlvətcə qulaq asmasından qoruduq. Bu zikr edilənlərin hamısı, hər kəsə gücü yetən - Qüdrətli, hər şeyi Bilən Allahın əzə­li hökmü­dür.

Oxuyucuda aç - Surəni tam oxu