Surə 41 · Cüz 24

Fussilat · 41:40

إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا ۗ أَفَمَنْ يُلْقَىٰ فِي النَّارِ خَيْرٌ أَمْ مَنْ يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ ۚ اعْمَلُوا مَا شِئْتُمْ ۖ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

40. Sözsüz ki, ayələrimiz­dən üz dön­də­rənlər Bizdən gizli qal­maz­lar. Onda de­yin görək oda atılan kimsə yaxşıdır, yox­sa Qi­yamət gü­nünə əmin-aman­lıq için­də gələn kimsə? İstədiyi­ni­zi edin! Hə­qi­qə­tən, Allah nə etdik­lərinizi gö­rür.

Təfsir

Şübhəsiz ki, Allahın ayələrini inkar etməklə, onları yalan saymaqla və onları təhrif etməklə haqdan üz dön­də­rənlərin halı Bizdən gizli qalmaz. Biz onların hamısını bilirik. Bir de­yin görək, Cəhənnəm oduna atılan kimsə üstündür, yox­sa qiyamət gü­nü əzabdan qurtulacağına əmin olan kimsə?! Ey insanlar, istədiyi­ni­z xeyir və şər əməlləri edin! Biz sizə artıq xeyiri də şəri də bəyan etdik. Allah sizin xeyir yaxud şər əməllər etdiyinizi gö­rür. Etdiyiniz əməllərdən heç bir şey Ondan gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu