Surə 41 · Cüz 24

Fussilat · 41:39

وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَىٰ ۚ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

39. Yer üzünü qupquru gör­məyin də Onun dəlillərindən­dir. Biz yerin üzə­ri­nə su endir­dikdə o, hərəkətə gəlib qa­ba­rır. Şüb­hə­siz ki, onu dirildən Allah, ölü­ləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qa­dirdir.

Təfsir

Allahın əzəmətinə, vəhdaniyyətinə və ölüləri dirltməyə qadir olduğuna dəlalət edən dəlillətrdəndir ki, sən yer üzünün qupquru olduğunu, orada heç bir bitki olmadığını görürsən. Biz onun üzərinə yağış endir­dikdə isə, içindəki toxumların cücərməsindən dolayı o, hərəkətə gəlib qa­ba­rır. Şüb­hə­siz ki, o ölü torpağı bitkilərlə dirildən Allah, ölü­ləri də hökmən dirildib, haqq-hesaba çəkilmələri və etdikləri əməllərin əvəzini almaq üçün məhşərə toplayacaq. Həqiqətən, O, hər şeyə qa­dirdir. O, nə ölü torpağı canlandırmaqdan, nə də ölüləri dirildib qəbirlərindən çıxartmaqdan acizdir.

Oxuyucuda aç - Surəni tam oxu