Surə 41 · Cüz 24

Fussilat · 41:45

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ

45. Biz Musaya da Kitab ver­dik, la­kin onun barəsində ix­ti­laf düş­dü. Əgər sə­nin Rəb­bi­nin öncə buyurduğu Söz ol­ma­­saydı, on­la­rın arasın­da hökm verilmiş olardı. Həqiqətən, ka­firlər onun barə­sin­də anlaşıl­maz bir şübhə içindədirlər.

Təfsir

Biz Musaya Tövratı ver­dik, la­kin onun barəsində də ix­ti­laf düş­dü. Onlardan bəzisi ona iman gətirdi, bəzisi də onu inkar etdi. Əgər sənin Rəb­bi­nin, qiyamət günü insanların ixtilafa düşdükləri məsələlər barədə onlar arasında hökm verəcəyi vədi olmasaydı, Tövrat barəsində ixtilaf edənlərin arasın­da hökm verər, kimin haqq, kimin də batil olduğunu göstərər, haqlı kimsəni ucaldar, batil fikirli olanı isə alçaldardı. Həqiqətən, ka­firlər Quran barə­sin­də anlaşıl­maz bir şəkk-şübhə içindədirlər.

Oxuyucuda aç - Surəni tam oxu