Surə 41 · Cüz 24

Fussilat · 41:44

وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ ۖ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ ۗ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ ۖ وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُولَٰئِكَ يُنَادَوْنَ مِنْ مَكَانٍ بَعِيدٍ

44. Əgər Biz onu yad bir dil­də Qu­ran etsəydik, onlar de­yər­di­lər: “Nə üçün onun ayə­ləri müfəssəl izah edilməmiş­dir? Yad dil və ərəb peyğəm­bər?!” De: “O, iman gətirənlərə doğ­ru yol göstəri­cisi və şəfadır”. İman gə­tir­məyən­lə­rin isə qu­laq­larında tıxac var. On­lar ona qarşı kordurlar. On­lar sanki uzaq bir yerdən çağı­rılırlar.

Təfsir

Əgər Biz bu Quranı ərəb dilindən başqa bir dil­də nazil etsəydik, onların arasındakı kafirlər de­yər­di­lər: “Nə üçün onun ayə­ləri müfəssəl izah edilməmiş­dir ki, biz onu başa düşək? Quran yad dildə, onu gətirən isə ərəb ola bilərmi?!” Ey Peyğəmbər, onlara de: “Bu Quran, Allaha iman gətirən və Onun peyğəmbərlərinin dediklərini təsdiqləyən kimsələri zəlalətdən çıxardıb doğ­ru yola yönəldən rəhbər və bir də, qəlblərdəki cahillik və ona bənzər xəstəliklər üçün şəfadır". Allaha iman gə­tir­məyən­lə­rin isə qulaqlarında karlıq var. On­lar ona qarşı kordurlar, onu anlamırlar. Bu xislətləri özlərində cəm edən kimsələr sanki uzaq bir yerdən çağı­rılırlar. Onlar bu çağırışı necə eşidə bilərlər?!

Oxuyucuda aç - Surəni tam oxu