Surə 41 · Cüz 24
Fussilat · 41:5
وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِنْ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ
5. Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac var, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”
Təfsir
Onlar deyirlər: “Qəlbimizə örtük çəkildiyinə görə, sənin bizi dəvət etdiyini anlamırıq, qulaqlarımız da kardır deyə, nə dediyini eşitmirik və bir də, bizimlə sənin aranda pərdə var deyə, sənin dediklərin bizə çatmır. Sən öz dininə əməl et, biz də öz dinimizə əməl edəcəyik və sənə tabe olmayacağıq”.