Ta-Ha

سورة طه

Surə 20 · Məkki · 135 ayə

20:1Cüz 16 · s. 312

طه1

1. Ta. Ha.
20:2Cüz 16 · s. 312

مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَىٰ2

2. Biz Quranı sənə ona görə nazil et­mədik ki, əziyyətə dü­şə­sən.
20:3Cüz 16 · s. 312

إِلَّا تَذْكِرَةً لِمَنْ يَخْشَىٰ3

3. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi gön­dərdik.
20:4Cüz 16 · s. 312

تَنْزِيلًا مِمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى4

4. O, yeri və uca göyləri ya­ra­dan Allah tərəfindən nazil ol­muş­dur.
20:5Cüz 16 · s. 312

الرَّحْمَٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ5

5. Mərhəmətli Allah Ərşə ucaldı.
20:6Cüz 16 · s. 312

لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَىٰ6

6. Göylərdə, yerdə, onların ara­sında və torpağın altında nə var­sa, Ona məx­susdur.
20:7Cüz 16 · s. 312

وَإِنْ تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى7

7. Sən ucadan danışsan da, da­nış­ma­san da, fərqi yoxdur. Çün­ki Allah sirri də, bundan daha gizli olanı da bilir.
20:8Cüz 16 · s. 312

اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ8

8. Allah! Ondan başqa iba­dətə layiq olan məbud yoxdur. Ən gö­zəl adlar Ona məxsusdur!
20:9Cüz 16 · s. 312

وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ9

9. Musanın əhvalatı sənə gə­lib çat­dımı?
20:10Cüz 16 · s. 312

إِذْ رَأَىٰ نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُمْ مِنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى10

10. O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gör­düm. Bəlkə, on­dan sizə bir köz gətirdim, ya da odun ya­nın­da bir bələdçi tapdım!”
20:11Cüz 16 · s. 312

فَلَمَّا أَتَاهَا نُودِيَ يَا مُوسَىٰ11

11. Oda yaxınlaşdıqda bir səda gəl­di: “Ey Musa!
20:12Cüz 16 · s. 312

إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى12

12. Həqiqətən, Mən sənin Rəb­binəm. Başmaqlarını çı­xart. Çün­ki sən müqəd­dəs Tuva va­disindəsən!
20:13Cüz 16 · s. 313

وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَىٰ13

13. Mən səni seçmişəm. Sə­nə vəhy olunanı dinlə!
20:14Cüz 16 · s. 313

إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي14

14. Həqiqətən, Mən Alla­ham! Məndən başqa heç bir məbud yox­­dur. Mənə iba­dət et və Mə­ni xatır­lamaq üçün namaz qıl!
20:15Cüz 16 · s. 313

إِنَّ السَّاعَةَ آتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا تَسْعَىٰ15

15. Həmin Saat hökmən gə­lə­cək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlə­di­rəm.
20:16Cüz 16 · s. 313

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَنْ لَا يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَىٰ16

16. Qoy ona inanmayan və nəf­sinin istəklərinə uyan bir kəs sə­ni ondan ya­yındırmasın, yox­sa məhv olarsan!
20:17Cüz 16 · s. 313

وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَىٰ17

17. Sağ əlindəki nədir, ey Musa?”
20:18Cüz 16 · s. 313

قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ18

18. Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onun­la qo­yunlarıma yarpaq silkələ­yirəm. Bu, mənim üçün başqa işlərə də ya­rayır”.
20:19Cüz 16 · s. 313

قَالَ أَلْقِهَا يَا مُوسَىٰ19

19. Allah buyurdu: “At onu yerə, ey Musa!”
20:20Cüz 16 · s. 313

فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَىٰ20

20. Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sü­rün­mə­yə başladı.
20:21Cüz 16 · s. 313

قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَىٰ21

21. Allah buyurdu: “Götür onu, qorx­ma! Biz onu əvvəlki halına qay­ta­raca­ğıq.
20:22Cüz 16 · s. 313

وَاضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَىٰ22

22. Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi lə­kə­siz, ağap­paq çıxsın.
20:23Cüz 16 · s. 313

لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى23

23. Belə etdik ki, sənə ən bö­yük mö­cüzələrimizdən bir ne­çə­sini gös­tərək.
20:24Cüz 16 · s. 313

اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ24

24. Fironun yanına get! Çün­ki o, həd­dini aşmışdır”.

قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي25

25. Musa dedi: “Ey Rəbbim! Köksü­mü açıb genişlət!
20:26Cüz 16 · s. 313

وَيَسِّرْ لِي أَمْرِي26

26. İşimi yüngülləşdir!
20:27Cüz 16 · s. 313

وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي27

27. Dilimdəki düyünü aç ki,
20:28Cüz 16 · s. 313

يَفْقَهُوا قَوْلِي28

28. sözümü anlasınlar!
20:29Cüz 16 · s. 313

وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي29

29. Mənə öz ailəmdən bir kö­məkçi ver –
20:30Cüz 16 · s. 313

هَارُونَ أَخِي30

30. Qardaşım Harunu!
20:31Cüz 16 · s. 313

اشْدُدْ بِهِ أَزْرِي31

31. Onun sayəsində mənim gü­cümü artır!
20:32Cüz 16 · s. 313

وَأَشْرِكْهُ فِي أَمْرِي32

32. Onu işimə ortaq et (ona da pey­ğəmbərlik ver) ki,
20:33Cüz 16 · s. 313

كَيْ نُسَبِّحَكَ كَثِيرًا33

33. Sənə çoxlu təriflər deyək
20:34Cüz 16 · s. 313

وَنَذْكُرَكَ كَثِيرًا34

34. və Səni çox zikr edək.
20:35Cüz 16 · s. 313

إِنَّكَ كُنْتَ بِنَا بَصِيرًا35

35. Şübhəsiz ki, Sən bizi gö­rürsən!”
20:36Cüz 16 · s. 313

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ36

36. Allah buyurdu: “Dilədi­yin sənə verildi, ey Musa!
20:37Cüz 16 · s. 313

وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰ37

37. Sənə bir dəfə də mərhə­mət gös­tərmişdik.
20:38Cüz 16 · s. 314

إِذْ أَوْحَيْنَا إِلَىٰ أُمِّكَ مَا يُوحَىٰ38

38. O vaxt ki, anana vəhy olu­nacaq şeyi belə vəhy etdik:
20:39Cüz 16 · s. 314

أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِي وَعَدُوٌّ لَهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي39

39. “Onu bir sandığa qoyub çaya bu­rax ki, çay onu sahilə at­sın və həm Mə­nim düşmə­nim, həm də onun düşməni olan bi­risi onu gö­türsün”. Göz­üm önündə boya-başa çatdı­rılasan deyə, Öz tərə­fim­dən sənə qar­şı qullarım ara­sında məhəbbət oyatdım.
20:40Cüz 16 · s. 314

إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَنْ يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ40

40. O zaman bacın gedib ca­maata de­yirdi: “Sizə onun qay­ğı­sına qa­lacaq bi­risini göstə­rim­mi?” Beləliklə, gözü ay­dın ol­sun və qəm ye­məsin deyə, sə­ni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nə­fə­ri öldür­dün. O vaxt Biz səni qəm-qüs­sədən qurtardıq. Biz səni çə­tin sınaqlardan keçirtdik. Sən il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da müəy­yən olun­muş məqama gəlib çatdın, ey Musa!
20:41Cüz 16 · s. 314

وَاصْطَنَعْتُكَ لِنَفْسِي41

41. Mən səni Özümə pey­ğəm­­bər seç­dim!
20:42Cüz 16 · s. 314

اذْهَبْ أَنْتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي42

42. Sən və qardaşın möcü­zələ­rimlə gedin və Məni zikr etməkdə zə­iflik gös­tərməyin.
20:43Cüz 16 · s. 314

اذْهَبَا إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ43

43. Fironun yanına gedin. Çün­ki o, həddini aşmışdır.
20:44Cüz 16 · s. 314

فَقُولَا لَهُ قَوْلًا لَيِّنًا لَعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ44

44. Onunla yumşaq danı­şın. Bəlkə, öyüd-nəsihət qəbul et­sin, ya­xud qorx­sun!”
20:45Cüz 16 · s. 314

قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَنْ يَفْرُطَ عَلَيْنَا أَوْ أَنْ يَطْغَىٰ45

45. Onlar dedilər: “Ey Rəb­bi­miz! Biz, onun bizə şiddətli cəza ver­mə­sin­dən və ya həd­dini aşma­sından qorxuruq”.
20:46Cüz 16 · s. 314

قَالَ لَا تَخَافَا ۖ إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَىٰ46

46. Allah buyurdu: “Qorx­ma­yın, çün­ki Mən sizinləyəm, eşi­di­rəm və gö­rü­rəm!
20:47Cüz 16 · s. 314

فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِنْ رَبِّكَ ۖ وَالسَّلَامُ عَلَىٰ مَنِ اتَّبَعَ الْهُدَىٰ47

47. Onun yanına gedib de­yin: “Biz sənin Rəbbinin elçi­lə­riyik. İs­rail oğul­la­rını bizim­lə göndər və onlara əziyyət ver­mə. Biz sənin ya­nına Rəb­bin­dən də­lillə gəlmi­şik. Doğru yol­la gedənlərə salam ol­sun!
20:48Cüz 16 · s. 314

إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَىٰ مَنْ كَذَّبَ وَتَوَلَّىٰ48

48. Bizə vəhy edildi ki, əzab, haqqı ya­lan sayıb üz dön­də­rən­lərə ve­rilə­cək­dir!”
20:49Cüz 16 · s. 314

قَالَ فَمَنْ رَبُّكُمَا يَا مُوسَىٰ49

49. Firon dedi: “Rəbbiniz kim­dir, ey Musa?”
20:50Cüz 16 · s. 314

قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ50

50. Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, son­ra da ona doğru yolu gös­tə­rən­dir!”
20:51Cüz 16 · s. 314

قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَىٰ51

51. Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?”
20:52Cüz 16 · s. 315

قَالَ عِلْمُهَا عِنْدَ رَبِّي فِي كِتَابٍ ۖ لَا يَضِلُّ رَبِّي وَلَا يَنْسَى52

52. Musa dedi: “Onlar haq­qın­dakı bil­gi Rəbbimin yanın­da olan bir Kitab­da­dır. Rəb­bim nə xəta edir, nə də unu­dur!”
20:53Cüz 16 · s. 315

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِنْ نَبَاتٍ شَتَّىٰ53

53. O, yer üzünü sizin üçün beşik et­miş, orada sizin üçün yol­lar sal­mış və göydən su en­dir­miş­dir. Biz onunla cür­bəcür bitkilər­dən cüt-cüt yetişdirdik.
20:54Cüz 16 · s. 315

كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ54

54. Onlardan həm özünüz ye­yin, həm də heyvanlarınızı yem­lə­yin. Həqiqətən, bunlarda ba­şa düşənlər üçün dəlil­lər var­dır.
20:55Cüz 16 · s. 315

۞ مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ55

55. Biz sizi torpaqdan yarat­dıq. Sizi ora qaytaracaq və bir daha ora­dan çı­xardacağıq.
20:56Cüz 16 · s. 315

وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ56

56. Biz dəlillərimizin hamı­sını Firona göstərdik. O isə bu də­lil­ləri ya­lan sayıb qəbul et­mə­di.
20:57Cüz 16 · s. 315

قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَا مُوسَىٰ57

57. Firon dedi: “Sən öz seh­rinlə bizi öz torpağımızdan qo­­vub çı­xart­mağamı gəlmisən, ey Musa?
20:58Cüz 16 · s. 315

فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِثْلِهِ فَاجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَا نُخْلِفُهُ نَحْنُ وَلَا أَنْتَ مَكَانًا سُوًى58

58. Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizim­lə öz aran­da gö­rüş vaxtı təyin et. Nə biz, nə də sən və­də xilaf çıxma­yaq. Bu hamımız üçün mü­nasib bir yerdə olsun”.
20:59Cüz 16 · s. 315

قَالَ مَوْعِدُكُمْ يَوْمُ الزِّينَةِ وَأَنْ يُحْشَرَ النَّاسُ ضُحًى59

59. Musa dedi: “Görüş vax­tınız bay­ram günü, camaatın bir yerə top­laşacağı səhər vax­tıdır!”
20:60Cüz 16 · s. 315

فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَىٰ60

60. Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələ­rini (sehr­bazlarının hamısını) toplayıb gəldi.
20:61Cüz 16 · s. 315

قَالَ لَهُمْ مُوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ ۖ وَقَدْ خَابَ مَنِ افْتَرَىٰ61

61. Musa onlara dedi: “Vay ha­lınıza! Allaha qarşı yalan uy­dur­ma­yın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğra­yar.
20:62Cüz 16 · s. 315

فَتَنَازَعُوا أَمْرَهُمْ بَيْنَهُمْ وَأَسَرُّوا النَّجْوَىٰ62

62. Fironun adamları öz ara­la­rında iş­lə­ri barəsində mü­ba­hisə edib xəlvətcə söh­bət et­di­lər.
20:63Cüz 16 · s. 315

قَالُوا إِنْ هَٰذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَنْ يُخْرِجَاكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَىٰ63

63. Onlar dedilər: “Bu ikisi, doğ­ru­dan da, sehrbazdır. On­lar öz sehr­ləri ilə sizi torpa­ğı­nız­dan qo­vub çıxartmaq və si­zin ən gözəl yo­lunu­zu aradan gö­tür­mək istə­yirlər.
20:64Cüz 16 · s. 315

فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا ۚ وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَىٰ64

64. Odur ki, bütün hiylə­lə­rinizi cəm­ləşdirib meydana dəs­tə-dəs­tə gəlin. Bu gün qə­ləbə çalan xilas olacaqdır”.
20:65Cüz 16 · s. 316

قَالُوا يَا مُوسَىٰ إِمَّا أَنْ تُلْقِيَ وَإِمَّا أَنْ نَكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ65

65. Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əvvəlcə əlində­kini at, ya da birinci atan biz olaq!”
20:66Cüz 16 · s. 316

قَالَ بَلْ أَلْقُوا ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِنْ سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ66

66. Musa dedi: “Yox, siz atın!” Sehr­bazlar əllərindəki­ləri yerə atan ki­mi sehr­ləri sayə­sin­də ona elə gəldi ki, onların kən­dirləri və ço­maq­ları hərəkətə gə­lib sürünür.
20:67Cüz 16 · s. 316

فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسَىٰ67

67. Musanın ürəyi xoflandı.
20:68Cüz 16 · s. 316

قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنْتَ الْأَعْلَىٰ68

68. Biz dedik: “Qorxma, qa­lib gələn mütləq sən ola­caq­san!
20:69Cüz 16 · s. 316

وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوا ۖ إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ ۖ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَىٰ69

69. Sağ əlindəkini yerə at, on­ların qurduqlarını udsun. On­ların qur­duqları sadəcə sehr­baz hiylə­sidir. Sehrbaz isə, hara ge­dirsə-get­sin, uğur qazan­maz”.
20:70Cüz 16 · s. 316

فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَىٰ70

70. Sehrbazlar səcdəyə qa­panıb de­di­lər: “Biz Harunun və Mu­sa­nın Rəbbinə iman gə­tir­dik!”
20:71Cüz 16 · s. 316

قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ71

71. Firon dedi: “Mən sizə izin ver­mə­mişdən əvvəl siz ona iman gə­tirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyü­yü­nüz­dür. Mən si­zin əllərinizi və ayaq­larınızı çar­paz kəsdi­rə­cək, özünüzü də xur­ma ağac­la­rının gövdələ­rin­də çar­mıxa çə­kəcə­yəm. Onda han­sı­mı­zın əza­bı­nın daha şid­dət­li və daha sü­rəkli ol­duğunu bilə­cəksi­niz!”
20:72Cüz 16 · s. 316

قَالُوا لَنْ نُؤْثِرَكَ عَلَىٰ مَا جَاءَنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا ۖ فَاقْضِ مَا أَنْتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِي هَٰذِهِ الْحَيَاةَ الدُّنْيَا72

72. Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlil­lər­dən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm ve­rə­­cəksənsə, ver. Sən ancaq bu dün­yada hökm verə bilərsən!
20:73Cüz 16 · s. 316

إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ ۗ وَاللَّهُ خَيْرٌ وَأَبْقَىٰ73

73. Həqiqətən, biz Rəbbi­mi­zə iman gətirdik ki, O bizi gü­nahla­rı­mıza və sənin bizi məc­bur etdir­diyin sehrə görə ba­ğışlasın. Alla­hın mükafatı daha xeyir­li, cəzası isə daha sü­rək­li­dir!”
20:74Cüz 16 · s. 316

إِنَّهُ مَنْ يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ74

74. Kim Rəbbinin hüzuruna gü­nah­kar kimi gələrsə, cəhən­nəm­lik olar. O, orada nə ölər, nə də yaşayar.
20:75Cüz 16 · s. 316

وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُولَٰئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَىٰ75

75. Kim Onun hüzuruna yax­şı əməl­lər etmiş bir mömin ki­mi gə­lər­sə, on­la­ra ən yüksək də­rə­cələr nəsib olar –
20:76Cüz 16 · s. 316

جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ مَنْ تَزَكَّىٰ76

76. ağacları altından çaylar axan Ədn cən­nətləri. Onlar orada əbədi qalarlar. Bu, günahlar­dan təmizlənənlərin mükafa­tı­dır.
20:77Cüz 16 · s. 317

وَلَقَدْ أَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ77

77. Biz Musaya: “Qullarım­la birlikdə gecə yola çıx, əsanı suya vur­maqla onlar üçün də­niz­də quru yol aç. Düşmənin si­zə çat­ma­sın­dan qorxma, çə­kin­mə!”– de­yə vəhy etdik.
20:78Cüz 16 · s. 317

فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُمْ مِنَ الْيَمِّ مَا غَشِيَهُمْ78

78. Firon öz ordusu ilə on­ları təqib etdi və dəniz onları qap­la­yıb batırdı.
20:79Cüz 16 · s. 317

وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَىٰ79

79. Firon öz xalqını azğın­lığa sürük­lədi və onlara doğru yol gös­tər­mədi.
20:80Cüz 16 · s. 317

يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنْجَيْنَاكُمْ مِنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ80

80. Ey İsrail oğulları! Biz si­zi düşmə­ninizdən xilas etdik. Sizə sağ tə­rəfiniz­dəki Tur dağının ya­nına gəlmə­yi­niz üçün vədə ver­dik. Sizə göy­­dən manna və bil­dirçin en­dirdik.
20:81Cüz 16 · s. 317

كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي ۖ وَمَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَىٰ81

81. Sizə verdiyimiz ruzilə­rin təmi­zin­dən yeyin və bunda həddi aş­ma­yın, yoxsa sizə qə­zəbim tu­tar. Qəzəbimə gəlmiş kimsə isə bəd­bəxt olar.
20:82Cüz 16 · s. 317

وَإِنِّي لَغَفَّارٌ لِمَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَىٰ82

82. Mən, həqiqətən də, töv­bə edib, iman gətirib yaxşı iş­lər gö­rən, sonra da doğru yolu tutanları bağışlayıram.
20:83Cüz 16 · s. 317

۞ وَمَا أَعْجَلَكَ عَنْ قَوْمِكَ يَا مُوسَىٰ83

83. Allah buyurdu: “Səni öz qövmün­dən ayrılmağa tələsdi­rən nə idi, ey Mu­sa?”
20:84Cüz 16 · s. 317

قَالَ هُمْ أُولَاءِ عَلَىٰ أَثَرِي وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ84

84. Musa dedi: “Onlar da ar­xamca gə­lirlər. Məndən razı qa­la­san deyə, Sə­nin yanına tə­ləs­dim, ey Rəbbim!”
20:85Cüz 16 · s. 317

قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنْ بَعْدِكَ وَأَضَلَّهُمُ السَّامِرِيُّ85

85. Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Sa­mi­ri onları yoldan çı­xartdı”.
20:86Cüz 16 · s. 317

فَرَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا ۚ قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدْتُمْ أَنْ يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِنْ رَبِّكُمْ فَأَخْلَفْتُمْ مَوْعِدِي86

86. Musa qəzəbli, kədərli halda qöv­münün yanına qayı­dıb de­di: “Ey qöv­müm! Mə­gər Rəbbiniz sizə gözəl bir vəd vermə­miş­di­mi? Doğru­danmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbi­niz­dən sizə bir qəzəb gəl­məsini istəyib mənə verdi­yiniz vədə xilaf çıxdınız?”
20:87Cüz 16 · s. 317

قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِنْ زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَٰلِكَ أَلْقَى السَّامِرِيُّ87

87. Onlar dedilər: “Biz sənə verdi­yi­miz vədə öz ixtiyarı­mız­la xi­laf çıxma­dıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yük­lər­lə yüklənmiş­dik. Biz onları oda atdıq. Həmçinin Sa­miri də onu oda atdı”.
20:88Cüz 16 · s. 318

فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ فَقَالُوا هَٰذَا إِلَٰهُكُمْ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ88

88. Samiri onlar üçün bö­yü­rən bir buzov heykəli dü­zəlt­di. Bu­zo­va məftun olanlar: “Si­zin də məbudunuz, Musanın da məbudu bu­­dur. Lakin o bunu unut­muş­dur”– dedilər.
20:89Cüz 16 · s. 318

أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا89

89. Məgər bu heykəlin on­lara heç bir cavab vermədiyini, on­lara nə bir zərər, nə də bir fay­da ver­məyə qadir olma­dı­ğını gör­mür­dü­lər­mi?!
20:90Cüz 16 · s. 318

وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِنْ قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنْتُمْ بِهِ ۖ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَٰنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي90

90. Bundan əvvəl Harun on­lara de­mişdi: “Ey qövmüm! Siz bu­nunla an­caq sınağa çə­kil­di­niz. Həqiqətən, sizin Rəb­biniz Mər­hə­mət­li Allahdır. Mənə ta­be olun və əmrimə itaət edin!”
20:91Cüz 16 · s. 318

قَالُوا لَنْ نَبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ91

91. Onlar: “Musa yanımıza qa­yıt­ma­yınca biz ona sitayiş et­mək­dən əl çək­məyəcəyik!”– de­dilər.
20:92Cüz 16 · s. 318

قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا92

92. Musa dedi: “Ey Harun! On­ların azdıqlarını gördüyün za­man sənə nə mane oldu ki,
20:93Cüz 16 · s. 318

أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِي93

93. ardımca gəlmədin? Əm­ri­mə qar­şımı çıxdın?
20:94Cüz 16 · s. 318

قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي ۖ إِنِّي خَشِيتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي94

94. Harun dedi: “Ey ana­mın oğlu! Saqqalımdan, saçımdan tut­ma. Doğ­ru­su, mən sənin: “İs­rail oğul­larını bir-bi­rindən ayır­dın, sö­zü­mə baxma­dın!”– de­yəcəyindən qorxdum.
20:95Cüz 16 · s. 318

قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ95

95. Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”
20:96Cüz 16 · s. 318

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِي نَفْسِي96

96. O dedi: “Mən onların gör­mədik­lərini gördüm. Mən o el­çi­nin ləpi­rin­dən (Cəbrailin atı­nın ayağı dəydiyi yer­dən) bir ovuc tor­paq gö­türdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim mə­ni buna sövq etdi”.
20:97Cüz 16 · s. 318

قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَنْ تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَنْ تُخْلَفَهُ ۖ وَانْظُرْ إِلَىٰ إِلَٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنْسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا97

97. Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə to­xun­ma­yın, mən də sizə toxun­ma­yım!”– de­məli olacaqsan. Səni həm də qur­tu­la bilmə­yə­cəyin əzab gü­nü göz­ləyir. Sən sitayiş etdiyin məbu­duna bax. Biz onu yan­dı­racaq, sonra da dənizə sovu­ra­cağıq.
20:98Cüz 16 · s. 318

إِنَّمَا إِلَٰهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا98

98. Sizin məbudunuz yalnız Özün­dən başqa heç bir haqq mə­bud ol­ma­yan Allah­dır. O, elm ilə hər şeyi əhatə edir”.
20:99Cüz 16 · s. 319

كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ آتَيْنَاكَ مِنْ لَدُنَّا ذِكْرًا99

99. Beləcə, olub-keçmiş əh­va­latlar­dan sənə danışırıq. Ar­tıq sə­nə Öz tərə­fimiz­dən Zikr vermişik.
20:100Cüz 16 · s. 319

مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا100

100. Ondan üz döndərənlər Qi­yamət günü ağır bir günah yükü da­şıyacaqlar.
20:101Cüz 16 · s. 319

خَالِدِينَ فِيهِ ۖ وَسَاءَ لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا101

101. Onlar bu vəziyyətdə əbədi qala­caqlar. Qiyamət gü­nü on­la­rın daşı­yaca­ğı yük nə pis yük ola­caqdır!
20:102Cüz 16 · s. 319

يَوْمَ يُنْفَخُ فِي الصُّورِ ۚ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا102

102. O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyər­miş halda bir yerə top­la­yacağıq.
20:103Cüz 16 · s. 319

يَتَخَافَتُونَ بَيْنَهُمْ إِنْ لَبِثْتُمْ إِلَّا عَشْرًا103

103. Onlar öz aralarında pı­çıl­daşıb deyəcəklər: “Dünyada cəmi on gün qal­dınız!”
20:104Cüz 16 · s. 319

نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِنْ لَبِثْتُمْ إِلَّا يَوْمًا104

104. Biz onların nə deyə­cək­lərini də yaxşı bilirik. On­ların ən ağıl­lısı: “Dün­yada cə­misi bir gün qaldınız!”– de­yə­cək.
20:105Cüz 16 · s. 319

وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّي نَسْفًا105

105. Səndən dağlar haq­qın­da soru­şurlar. De: “Rəbbim on­­ları da­ğıdıb ha­vaya sovu­racaq,
20:106Cüz 16 · s. 319

فَيَذَرُهَا قَاعًا صَفْصَفًا106

106. oranı boş düzəngaha çe­­virəcək­dir.
20:107Cüz 16 · s. 319

لَا تَرَىٰ فِيهَا عِوَجًا وَلَا أَمْتًا107

107. Sən orada nə bir eniş, nə də bir yoxuş görə biləcək­sən”.
20:108Cüz 16 · s. 319

يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ ۖ وَخَشَعَتِ الْأَصْوَاتُ لِلرَّحْمَٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا108

108. O gün insanlar heç bir yana meyl etmədən carçının ar­xa­sın­ca yeri­yə­cəklər. Mər­hə­mətli Allahın qarşısında səslər kəsilə­cək və sən yalnız pıçıltı eşi­də­cək­sən.
20:109Cüz 16 · s. 319

يَوْمَئِذٍ لَا تَنْفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَرَضِيَ لَهُ قَوْلًا109

109. O gün Mərhəmətli Alla­hın izin verdiyi və söz demə­si­nə ra­zı ol­duğu şəxs­lər­dən baş­qa heç kimin şəfaəti fayda ver­mə­yə­cək­dir.
20:110Cüz 16 · s. 319

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا110

110. Allah onların gələcə­yi­ni də, keç­mişini də bilir. On­la­rın el­mi isə Onu ehtiva edə bil­məz!
20:111Cüz 16 · s. 319

۞ وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا111

111. O gün üzlər əbə­di Ya­şa­yan, yara­dılanların Qəyyu­mu olan Allah qar­şısın­da zəlil görkəm alacaq. Günaha ba­tan­lar isə zi­ya­na uğrayacaqlar.
20:112Cüz 16 · s. 319

وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا112

112. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlığa mə­ruz qalmaqdan, nə də savabının əksilməsindən qorx­arlar.
20:113Cüz 16 · s. 319

وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا113

113. Beləliklə, Biz onu ərəb­cə Quran olaraq nazil et­dik. Biz ora­da təhdidləri dönə-dönə açıq­ladıq ki, bəlkə, onlar pis əməllə­rindən çə­kinsinlər və ya ibrət al­sınlar.

فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضَىٰ إِلَيْكَ وَحْيُهُ ۖ وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا114

114. Haqq Hökmdar olan Allah uca­dır! Onun ayələrinin vəhyi sə­nə ta­mam­lanmayınca Qu­ranı oxumağa tələsmə və: “Ey Rəbbim! El­mimi artır!”– de.
20:115Cüz 16 · s. 320

وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا115

115. Biz bundan əvvəl Adəm­lə də əhd bağlamışdıq. Lakin o, əh­di unutdu və Biz onda əzm gör­mədik.
20:116Cüz 16 · s. 320

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ116

116. Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demiş­dik. İb­lis­dən başqa ha­mısı səc­də etdi. O, səcdə etməkdən im­ti­na etdi.
20:117Cüz 16 · s. 320

فَقُلْنَا يَا آدَمُ إِنَّ هَٰذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَىٰ117

117. Biz dedik: “Ey Adəm! Bu, həm sə­nin, həm də zövcə­nin düş­mə­nidir. O sizi Cən­nət­­dən çıxart­masın, yoxsa bəd­bəxt olarsan.
20:118Cüz 16 · s. 320

إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ118

118. Sən orada nə ac qala­caq, nə də çılpaq olacaqsan.
20:119Cüz 16 · s. 320

وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَىٰ119

119. Sən orada nə susa­ya­caq, nə də bürküdən əziyyət çəkə­cək­sən!”
20:120Cüz 16 · s. 320

فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَا يَبْلَىٰ120

120. Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbə­diy­yət ağa­cını və tü­kənmə­yəcək bir mülkü göstərimmi?”
20:121Cüz 16 · s. 320

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۚ وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ121

121. İkisi də ondan yedilər və ayıb yerləri özlərinə görün­dü. On­lar üstlə­ri­nə Cənnət ağacla­rı­nın yarpaqların­dan ört­məyə baş­la­dı­lar. Beləliklə, Adəm Rəb­­binə asi olub səhv yol tutdu.
20:122Cüz 16 · s. 320

ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ122

122. Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yo­la yönəltdi.
20:123Cüz 16 · s. 320

قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ123

123. Allah buyurdu: “Bir-bi­ri­nizə düş­­mən kəsilərək ha­mı­nız bu­radan ye­rə enin. Mən­dən sizə doğru yol gös­təri­cisi gəl­di­yi za­man hər kəs Mə­nim doğ­ru yol göstərən bə­lədçimin ar­dınca get­sə, nə yo­lunu azar, nə də bəd­bəxt olar.
20:124Cüz 16 · s. 320

وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ124

124. Kim Mənim Zikrimdən üz dön­dərsə, onun güzəranı sı­xın­tı­lı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzuru­mu­za gətirə­cə­yik”.
20:125Cüz 16 · s. 320

قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَىٰ وَقَدْ كُنْتُ بَصِيرًا125

125. O deyəcək: “Ey Rəb­bim! Mən dün­yada görürdümsə, indi nə üçün məni məhşərə kor ola­raq gə­tir­din?”
20:126Cüz 16 · s. 321

قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَىٰ126

126. Allah deyəcək: “Elədir! Çünki sə­nə ayələrimiz gəldi, sən isə onları unut­dun. Bu gün də sən beləcə unudu­la­caq­san!”
20:127Cüz 16 · s. 321

وَكَذَٰلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنْ بِآيَاتِ رَبِّهِ ۚ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَىٰ127

127. Biz həddi aşanı və Rəb­bi­nin ayələrinə inanmayanı be­lə cə­za­lan­dırı­rıq. Axirət əzabı isə, daha şiddətli və daha sürək­li­dir.
20:128Cüz 16 · s. 321

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ128

128. Onlardan əvvəl öz məs­kənlə­rin­də gəzib dolaşan ne­çə-neçə nə­sli məhv etmə­yi­miz onlara dərs olma­dı­mı? Həqi­qə­­tən, bun­da ağıl sahibləri üçün ibrətlər vardır.
20:129Cüz 16 · s. 321

وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى129

129. Əgər Rəbbin tərəfin­dən əvvəl­cə­dən vəd edilmiş Söz və mü­əyyən edil­miş bir vaxt ol­ma­saydı, əzab onları dər­hal ya­xala­yar­dı.
20:130Cüz 16 · s. 321

فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ130

130. Onların dediklərinə sə­bir et. Gü­nəş doğmamışdan və bat­ma­mış­dan əv­vəl Rəbbini həmd-səna ilə təriflə, gecə­nin bəzi saat­la­rında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qa­la­san.
20:131Cüz 16 · s. 321

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ131

131. Kafirlərdən bəzisini sı­na­­maq üçün onlara dünya hə­ya­tının bərbəzəyi kimi ver­di­yi­miz şey­lərə gözünü dikmə. Rəb­bi­nin verdiyi ruzi daha xeyirli və daha sürəklidir.
20:132Cüz 16 · s. 321

وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْأَلُكَ رِزْقًا ۖ نَحْنُ نَرْزُقُكَ ۗ وَالْعَاقِبَةُ لِلتَّقْوَىٰ132

132. Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə ye­ri­nə ye­tir. Biz sən­dən ruzi istə­mi­rik, əksinə sənə ruzi verən Bi­zik. Gözəl aqi­bət təqvaya bağ­lı­dır.
20:133Cüz 16 · s. 321

وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِنْ رَبِّهِ ۚ أَوَلَمْ تَأْتِهِمْ بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَىٰ133

133. Kafirlər: “Nə üçün o, Rəb­bindən bizə bir dəlil gətir­mir?”– de­dilər. Mə­gər onlara əvvəlki səhifələrdə olanların açıq-ay­dın də­li­li çatmadımı?
20:134Cüz 16 · s. 321

وَلَوْ أَنَّا أَهْلَكْنَاهُمْ بِعَذَابٍ مِنْ قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَذِلَّ وَنَخْزَىٰ134

134. Əgər Biz onları bun­dan əvvəl (Muhəmməd pey­ğəmbər və Quran gəl­məzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəb­bimiz! Nə üçün bi­zə bir pey­ğəmbər gön­dərmədin ki, biz də zə­lil və rüsvay ol­mazdan əvvəl Sə­nin ayələrinə tabe olaq?”
20:135Cüz 16 · s. 321

قُلْ كُلٌّ مُتَرَبِّصٌ فَتَرَبَّصُوا ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَىٰ135

135. De: “Hamı gözləyir, siz də göz­lə­yin. Tezliklə siz kimin doğ­ru yol sahibi olduğunu və kimin haqq yola yönəl­di­yini bilə­cək­siniz!”

Surənin əvvəlindən oxut