Surə 20 · Cüz 16
Ta-Ha · 20:74
إِنَّهُ مَنْ يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
74. Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar.
Təfsir
Kim qiyamət günü Rəbbinin hüzuruna kafir olaraq gələrsə, o kimsə üçün Cəhənnəm atəşi vardır. O, orada əbədi olaraq qalacaqdır. O, Cəhənnəmdə nə ölüb canını əzabdan qurtara biləcək, nə də gözəl həyat sürüb, yaşaya biləcək.