Surə 20 · Cüz 16

Ta-Ha · 20:73

إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ ۗ وَاللَّهُ خَيْرٌ وَأَبْقَىٰ

73. Həqiqətən, biz Rəbbi­mi­zə iman gətirdik ki, O bizi gü­nahla­rı­mıza və sənin bizi məc­bur etdir­diyin sehrə görə ba­ğışlasın. Alla­hın mükafatı daha xeyir­li, cəzası isə daha sü­rək­li­dir!”

Təfsir

Həqiqətən, biz keçmişdə etdiyimiz küfr və digər günahlarımızın, bizi sehr öyrənməyə, onunla məşğul olmağa və bu sehrlə Musaya qələbə çalmağa məcbur etdiyinə görə bizi bağışlaması üçün Rəbbi­mi­zə iman gətirdik. Alla­hın mükafatı sənin bizə vəd etdiyin mükafatdan daha xeyir­li və Onun cəzası sən bizi hədələdiyin cəzadan daha şiddətlidir!"

Oxuyucuda aç - Surəni tam oxu