Surə 20 · Cüz 16
Ta-Ha · 20:112
وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا
112. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlığa məruz qalmaqdan, nə də savabının əksilməsindən qorxarlar.
Təfsir
Allaha və Onun rəsuluna iman edərək saleh əməllər edən şəxslər mükafatına tam olaraq nail olacaqdır. O şəxslər nə, etmədikləri günahlara görə haqsızlıq edilərək əzaba məruz qalmaqdan, nə də ki, saleh əməlinin savabının naqis edilməsindən qorxarlar.