Surə 20 · Cüz 16
Ta-Ha · 20:113
وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا
113. Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar.
Təfsir
Biz keçmişdəki ummətlərin hekayələrini nazil etdiyimiz kimi, bu Quranı da ərəbcə nazil etdik və Biz onun içindəki müxtəlif növ təhdidləri cürbəcür misallar çəkməklə dönə-dönə açıqladıq ki, bəlkə onlar, Allahdan qorxsunlar yaxud da ki, bu Qurandan öyüd-nəsihət və ya ibrət alsınlar.