Surə 20 · Cüz 16
My Lord, increase me in knowledge · Ta-Ha 20:114
فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضَىٰ إِلَيْكَ وَحْيُهُ ۖ وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا
114. Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.
Təfsir
Allah: ulu, uca, müqəddəs, pak, eyib və nöqsanlardan uzaqdır. O, hər şeyin mülkünə sahib olan hökmdardır! O, həm Özü və həm də sözü haqq olandır. O, müşriklərin Onu vəsf etdiklərindən uzaq və ucadır. Ey Peyğəmbər! Cəbrail sənə ayələrinin vəhy edilməsini tamamlanmayınca Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənə öyrətdiklərində elmimi artır!" – de.