Surə 20 · Cüz 16

Ta-Ha · 20:115

وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا

115. Biz bundan əvvəl Adəm­lə də əhd bağlamışdıq. Lakin o, əh­di unutdu və Biz onda əzm gör­mədik.

Təfsir

Biz bundan öncə Adəm­ə ağacın meyvəsindən yeməməsini əmr etmiş, onu bu işdən yasaqlamışdıq və ona sonda bunun nəticəsinin necə olacağını bəyan etmişdik. O isə, Bizim əmrimizi unudub o ağacın meyvəsindən yedi və əmrimizə səbirsizlik göstərdi. Beləliklə də, əmrimizə əməl etməkdə onda əsla qətiyyət gör­mədik.

Oxuyucuda aç - Surəni tam oxu