Surə 20 · Cüz 16

Ta-Ha · 20:90

وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِنْ قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنْتُمْ بِهِ ۖ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَٰنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي

90. Bundan əvvəl Harun on­lara de­mişdi: “Ey qövmüm! Siz bu­nunla an­caq sınağa çə­kil­di­niz. Həqiqətən, sizin Rəb­biniz Mər­hə­mət­li Allahdır. Mənə ta­be olun və əmrimə itaət edin!”

Təfsir

Musa qövmünün yanına qayıtmazdan əvvəl Harun on­lara belə de­mişdi: "Buzovun qızıldan düzəldilməsi və onun inək bö­yü­rtüsü kimi böyürüb səs çıxartması, bütün bunların hamısı aranızdakı mömini kafirdən ayırd etmək üçün bir sınaqdır. Ey qövmüm! Həqiqətən, sizin Rəb­biniz qullarına qarşı mər­hə­mət­li olan Allahdır. Rəbbiniz olan Allah, sizə fayda və zərər verə bilməyən və sizə mərhəmət göstərməyə qadir olmayan ilahlarınız kimi deyildir. Elə isə, tək Allaha ibadət etməkdə mənə ta­be olun və Allahdan başqasına ibadət etməyi tərk edərək əmrimə itaət edin!"

Oxuyucuda aç - Surəni tam oxu