Surə 20 · Cüz 16

Ta-Ha · 20:7

وَإِنْ تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى

7. Sən ucadan danışsan da, da­nış­ma­san da, fərqi yoxdur. Çün­ki Allah sirri də, bundan daha gizli olanı da bilir.

Təfsir

Ey Peyğəmbər! Sən sözünü ucadan söyləsən də və ya alçaqdan desən də, fərqi etməz, çün­ki Allah onların hamısını bilir. Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır və bundan heç bir şey Ona gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu