Surə 20 · Cüz 16
Ta-Ha · 20:80
يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنْجَيْنَاكُمْ مِنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ
80. Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə sağ tərəfinizdəki Tur dağının yanına gəlməyiniz üçün vədə verdik. Sizə göydən manna və bildirçin endirdik.
Təfsir
Biz, İsrail oğullarını Firon və onun ordusunun əlindən qurtardıqdan sonra onlara belə dedik: "Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfinizdəki vadi də Musa ilə danışmağı vəd etdik. Siz səhrada olduqda nemət olaraq sizə bal kimi sirin su endirdik və həmçinin sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etdik!