Surə 20 · Cüz 16
Ta-Ha · 20:55
۞ مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ
55. Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.
Təfsir
Biz atanız Adəmi - aleyhissəlam - yer üzündəki torpaqdan yaratdıq. Əcəliniz çatıb öldükdə isə Biz sizi ora qaytaracaq və qiyamət günü yenidən dirilmək üçün sizi bir daha oradan dirildib çıxardacağıq.