Surə 20 · Cüz 16
Ta-Ha · 20:54
كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ
54. Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır.
Təfsir
Ey İnsanlar! Sizin üçün yetişdirdiyimiz pak şeylərdən həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bu zikir edilən nemətlərdə ağıl sahibləri üçün Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən dəlillər vardır.