Surə 20 · Cüz 16

Ta-Ha · 20:96

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِي نَفْسِي

96. O dedi: “Mən onların gör­mədik­lərini gördüm. Mən o el­çi­nin ləpi­rin­dən (Cəbrailin atı­nın ayağı dəydiyi yer­dən) bir ovuc tor­paq gö­türdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim mə­ni buna sövq etdi”.

Təfsir

Samiri Musaya belə dedi: "Mən İsrail oğularının gör­mədik­lərini gördüm. Mən Cəbraili atı­nın üstündə gö­rdüm bu zaman onu atının ayağı dəydiyi torpaqdan bir ovuc aldım və həmən torpağı buzov şəkilində düzəldilən ərimiş qızıl əşyalarının üstünə atdım bundan sonra inək bö­yü­rtüsü kimi böyürüb səs çıxaran bir buzov əmələ gəldi və beləliklə də nəfsim mə­nə etdiyim bu şeyi gözəl göstərdi".

Oxuyucuda aç - Surəni tam oxu