Surə 20 · Cüz 16

Ta-Ha · 20:97

قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَنْ تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَنْ تُخْلَفَهُ ۖ وَانْظُرْ إِلَىٰ إِلَٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنْسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا

97. Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə to­xun­ma­yın, mən də sizə toxun­ma­yım!”– de­məli olacaqsan. Səni həm də qur­tu­la bilmə­yə­cəyin əzab gü­nü göz­ləyir. Sən sitayiş etdiyin məbu­duna bax. Biz onu yan­dı­racaq, sonra da dənizə sovu­ra­cağıq.

Təfsir

Musa - aleyhissəlam - Samiriyə belə dedi: "Haydı çıx get! Sən həyatın boyu: "Mənə to­xun­ma­yın, mən də sizə toxun­ma­yım!" – de­yəcəksən. Daima tək tənha qalacaqsan. Qiyamət günü də sənin üçün hesaba çəkilib, əzab olunacağın bir gün vardır. Uca Allah bu vədindən əsla dönməz. İndi isə sən özünə Allahdan başqa məbud qəbul etdib, ona ibadət etdiyin buzova bax. Biz indi onu atəş içində əriyənə qədər yan­dı­racaq, sonra da onun külünü bir zərrə qədər qalmayanadək dənizə sovu­ra­cağıq!"

Oxuyucuda aç - Surəni tam oxu