Surə 20 · Cüz 16
Ta-Ha · 20:61
قَالَ لَهُمْ مُوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ ۖ وَقَدْ خَابَ مَنِ افْتَرَىٰ
61. Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.
Təfsir
Musa Fironun sehrbazlarına öyüd-nəsihət verərək belə dedi: "Bunu etməkdən çəkinin! Sehr edib insanları aldadaraq Allah adına yalan uydurmayın, yoxsa O, Öz tərəfindən əzab göndərib sizi məhv edər. Allah adına yalan uyduranlar şübhəsiz ki, ziyana uğrayanlardır!"