Surə 20 · Cüz 16
Ta-Ha · 20:128
أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ
128. Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsli məhv etməyimiz onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.
Təfsir
Məgər müşriklərə özlərindən öncə məhv etdiyimiz ümmətlərin çoxluğu bəlli olmadımı?! Bununla belə onlar, məhv edilmiş ümmətlərin diyarlarında gəzib dolaşır və onlara üz vermiş əzabın əlamətlərini öz gözləri ilə görürlər.Həqiqətən, bir çox ümmətlərin həlak edilib, onların diyarlarının yerlə yeksan edilməsində ağıl sahibləri üçün ibrətlər vardır.