Surə 20 · Cüz 16
Ta-Ha · 20:71
قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ
71. Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, özünüzü də xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”
Təfsir
Firon, sehrbazların Musa və Harunun Rəbbinə iman gətirmələrini qınayaraq və onları təhdid edərək onlara belə dedi: "Mən sizə izin verməzdən öncə Musaya imanmı gətirdiniz? Ey Sehrbazlar! Şübhəsiz ki, Musa sizə sehr öyrədən başçınızdır. Mən sizin hər birinizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək və bədənlərinizi ta ölənə kimi xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm ki, qoy bu, başqalarına da ibrət olsun. Bundan sonra hansımızın, mənim, yoxsa Musanın Rəbbinin əzabının daha şiddətli və daha sürəkli olduğunu anlayacaqsınız!"