Surə 20 · Cüz 16

Ta-Ha · 20:70

فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَىٰ

70. Sehrbazlar səcdəyə qa­panıb de­di­lər: “Biz Harunun və Mu­sa­nın Rəbbinə iman gə­tir­dik!”

Təfsir

Musa əsasını yerə atan kimi o bir ilan dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini uddu. Buna şahid olan sehrbazlar Musanın etdiyinin heç də sehr olmadığını, əksinə, bunun, Allah tərəfindən olduğunu anlayıb Uca Allaha səcdə edərək: "Biz Musanın, Harunun və bütün məxluqatın Rəbbinə iman gə­tir­dik!" – de­di­lər.

Oxuyucuda aç - Surəni tam oxu