Surə 20 · Cüz 16
Ta-Ha · 20:104
نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِنْ لَبِثْتُمْ إِلَّا يَوْمًا
104. Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “Dünyada cəmisi bir gün qaldınız!”– deyəcək.
Təfsir
Biz onların gizlincə pıçıldaşıb, bir-birilərinə nə deyəcəklərini yaxşı bilirik. Onların pıçıltısından Bizə heç bir şey gizli qalmaz. Onların içərisində ən ağıllı olanı: "Siz bərzəx aləmində çox yox, yalnız bir gün qaldınız!" – deyəcəkdir.