Surə 20 · Cüz 16
Ta-Ha · 20:133
وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِنْ رَبِّهِ ۚ أَوَلَمْ تَأْتِهِمْ بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَىٰ
133. Kafirlər: “Nə üçün o, Rəbbindən bizə bir dəlil gətirmir?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?
Təfsir
Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirlər: "Elə isə qoy Muhəmməd Rəbbindən bizə onun həqiqətən Allah tərəfindən göndərilən bir peyğəmbər olmasına və həmçinin onun sadiqliyinə dəlalət edən açıq-aydın bir dəlil gətirsin?" – dedilər. Məgər yalan sayan bu kimsələrə əvvəlki səmavi kitabları təsdiq edən Quran gəlmədimi?!