Surə 20 · Cüz 16
Ta-Ha · 20:134
وَلَوْ أَنَّا أَهْلَكْنَاهُمْ بِعَذَابٍ مِنْ قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَذِلَّ وَنَخْزَىٰ
134. Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”
Təfsir
Əgər Biz Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirləri, peyğəmbəri göndərmədən və Quranı nazil etmədən öncə əzabla məhv etsəydik, Qiyamət günü onlar etdikləri küfrlərə görə özlərinə bəraət qazandırıb, üzr gətirərək: "Ey Rəbbimiz! Dünyada ikən bizə bir peyğəmbər göndərsəydin, biz də ona iman edər, əzabından dolayı bizə zəlillik və rüsvayşılıq isabət etməzdən öncə onun gətirdiyi ayələrə iman edərdik?!" – deyərdilər.