Surə 20 · Cüz 16
Ta-Ha · 20:63
قَالُوا إِنْ هَٰذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَنْ يُخْرِجَاكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَىٰ
63. Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər.
Təfsir
Sehrbazlardan bəziləri bir-birlərinə gizlincə belə dedilər: "Musa və Harunun hər ikisi sehrbazdır. Onlar özləri ilə gətirdikləri bu sehr vasitəslə sizi Misirdən qovub çıxartmaq, gözəl həyat tərzinizi və dininizi aradan götürmək istəyirlər.