Surə 20 · Cüz 16
Ta-Ha · 20:64
فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا ۚ وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَىٰ
64. Odur ki, bütün hiylələrinizi cəmləşdirib meydana dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”.
Təfsir
İşinizi ustalıqla edin və aranızda ixtilaf etməyin. Sonra meydana dəstə-dəstə gəlin və əllərinizdə olanları hamınız bir yerdə atın. Bu gün rəqibinə qələbə çalan zəfərə nail olacaqdır!"