Surə 20 · Cüz 16
Ta-Ha · 20:123
قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ
123. Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.
Təfsir
Allah Adəmə və Həvvaya belə buyurdu: "Sizin hər ikiniz və İblis Cənnətdən yerə enin. İblis sizin düşməninizdir, sizdə onun düşmənisiniz. Məndən sizə, Mənim haqq yolumu göstərən biri gəldikdə, kim Mənim haqq yolumu göstərənə tabe olub, ona əməl edər və bu yolda sabitqədəm olarsa, o nə dünya həyatında azğınlığa düşər, nə də ki, axirət həyatın da bədbəxt olmar. Əksinə, uca Allah onu Cənnətə daxil edər!